Daha üç qazi Türkiyəyə müalicəyə göndərilib

Daha üç qazi Türkiyəyə müalicəyə göndərilib
# 07 sentyabr 2022 12:06 (UTC +04:00)

Ağır yaralanan üç qazi – Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, İsmayılov İsrail Asif oğlu müalicə məqsədilə Türkiyəyə göndərilib.

Bu barədə APA-ya “YAŞAT” Fondundan xəbər verilib.

Bildirilib ki, onlardan ikisi - Musayev Vadim Fikrətoviç və Salayev Namiq Həsən oğlunun müalicəsi davam etdiyindən təkrarən yola salınıblar.

Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 175 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR