Danimarkalı səyyah: "Azad edilən ərazilərdə dağılmamış ev yoxdur, bu, çox dəhşətlidir”

Danimarkalı səyyah:  "Azad edilən ərazilərdə dağılmamış ev yoxdur, bu, çox dəhşətlidir”
# 04 fevral 2023 14:12 (UTC +04:00)

“Burada çoxlu dağılmış evlər gördüm. Dağılmamış ev görmədim. Bu, çox dəhşətlidir”.

APA xəbər verir ki, bunu azad edilmiş ərazilərə bu gün səfər edən Danimarkadan olan səyyah Maqnus Nilsen deyib. Xarici səyyah indi bölgədə yenidənqurma işlərinin getməsindən danışaraq bunun çox sevindirici hal olduğunu vurğulayıb: “Biz Füzuli aeroportunda da olduq. Möhtəşəm tikilidir. Deyildi ki, hava limanı 8 aya tikilib. Bu da heyrətamizdir. Qarabağın təbiəti də gözəldir”.

Azad edilən ərazilərə səyahət edən İngiltərədən olan səyyah Şaşa Heney isə bunları deyib:

“Biz Qarabağ konflikti zamanı məlumatlar alırdıq. Burada nə baş verdiyini bilmirdik. Biz səyyahlar üçün burada olmaq çox maraqlı idi. Həm də gəldikdən sonra burada nələrin baş verdiyini də gördük. Yol kənarlarında çoxlu dağılmış evlər vardı, bu, çox məyusedicidir. İndi bölgədə yenidənqurma işləri gedir, bu isə çox sevindiricidir”.

Azıx mağarası ilə tanışlıq barədə danışan səyyah deyib ki, mağaranın qədim tarixi olduğunu öyrənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR