Daşkəsənə və Gədəbəyə dolu yağıb - YENİLƏNİB - FOTO - VİDEO

Daşkəsənə və Gədəbəyə dolu yağıb - YENİLƏNİB  - FOTO  - VİDEO
# 15 iyun 2022 15:00 (UTC +04:00)

Gədəbəyə leysan yağışdan sonra dolu düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün saat 14:30 radələrində rayonun mərkəzi, Düzyurd, Arıxdam, Maarif, Söyüdlü və ucqar kəndlərə dolu düşüb. Bundan başqa güclü yağışdan sonra rayonun Novasaratovka və Başkəndə sel gəlib. Sel əkin sahələrinə ziyan vurub. Hazırda Gədəbəy rayonunda yağışlı hava davam edir.

14:24

Bir neçə gündür hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün saat 13 radələrində leysan yağışından sonra təxminən 10-15 dəqiqə rayon mərkəzinə, rayonun Xoşbulaq, Çanaqçı, Alaxançallı, Almalı, Suqovuşan və Qabaqtəpə kəndlərinə dolu düşüb, çaylarda suyun səviyəsi artıb.

Rayon icra hakimiyyətindən APA- ya bildirilib ki, güclü yağış və dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb.

Qeyd edək ki, Gədəbəyə isə yağışdan sonra güclü sel gəlib.

Xatırladaq ki, iyunun 10-da saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində 4 körpü dağlıb, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin kənd təsərrüfatı ilə bağlı əkin, kartofçuluq, arıçılıq sahələrinə və yaylaqlarda vətəndaşların çoxsaylı mal-qarasına ciddi ziyan dəyib, bir sıra kəndlərdə ciddi fəsadlar törədərək təhlükəli vəziyyət yaranıb. 4 kənddə elektrik enerjisi təchizatı dayanıb, elektrik dayaqları aşaraq tam yararsız vəziyyətə düşüb.

© APA | Daşkəsənə dolu yağıb

© APA | Gədəbəyə yağışdan sonra güclü sel gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR