Departament müdiri: “ƏMAS  avtomatik uzlaşdırma prinsipi ilə işləyəcək”

Elman Sadıqov

© APA | Elman Sadıqov

# 13 may 2022 14:57 (UTC +04:00)

““Əmək və Məşğulluq” altsisteminin əsas üstünlüyü işçi ilə rəsmi münasibətlər, sənədləşmələr kağız daşıyıcılarından elektron formaya keçməsidir. Ən əsası isə, ölkə üzrə bütün vakansiyalar vahid bir platformada görünəcək”.

Bunu APA-ya açıqlamasında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov deyib. Onun sözlərinə görə, vakansiyaların vahid bir platformaya keçidi həm işsizlər, həm işaxtaranlar, həm də özəl işədüzəltmə şirkətləri üçün də maraq kəsb edəcək və vakansiyaların axtarışı daha operativ və əlçatan olacaq.

O, bildirib ki, şirkətin ştat vahidləri, əmək müqavilələri və s. sistem üzərindən həyata keçirildiyi üçün vakansiyalar orada avtomatik əks olunacaq:

“Lakin bunun əvəzində işəgötürənlərə öz imkanları hesabına işçi tapmağı planlaşdırdıqları vakansiyaların aktiv və ya passiv etmək imkanı verilir. Bu işəgötürənin haqqıdır. Lakin vakansiyaların passiv edilməsi üçün sistem əsaslandırma tələb edəcək. Bu sistemin əsas hədəf və vəzifələrindən biri işəgötürənlərlə işsiz və işaxtaranları vahid platformada birləşdirməkdir. Sistem növbəti mərhələdə avtomatik uzlaşdırma (matching) prinsipi ilə işləyəcək. Yəni, sistemin özü vakansiyanın tələblərinə cavab verən namizədi vətəndaşların məlumatlarını təhlil etməklə insan müdaxiləsi olmadan müəyyən edib işəgötürənə təqdim edəcək”.

Deportament müdiri əlavə edib ki, bu sistem peşəkar işədüzəltmə şirkətləri üçün də faydalı olacaq. Əvvəla, sistem nə qədər avtomatik uzlaşma həyata keçirsə də, bütün vakansiyalar üzrə işçi tapılması ehtimalı bu gün 50% ətrafında olacaq. Çünki əmək bazarında hazırda işəgötürənlərin tələbləri ilə işsiz/işaxtaranların imkanları 60% ətrafında uyğunluq təşkil edirsə, yaxın gələcəkdə bu uzlaşmanın getdikcə azalacağı ehtimalı yüksəkdir. Çünki, əmək bazarı dəyişir, texnologiyalar inkişaf edir, işəgötürənlərin tələbləri artır. Sistemin tapa bilmədiyi işçiləri isə işədüzəltmə şirkətləri axtarıb tapa bilər. Qeyri-peşəkar, bir çox hallarda dələduzluq edənlər isə bu rəqabətə tab gətirə bilməzlər”.

Elman Sadıqov deyib ki, ƏMAS-da qeydiyyatlar həyata keçirildikdən, vakansiyaların yaranma və dolma proseslərindən, müraciətlərdən, saylardan, proseslərdən sonra kifayət qədər çoxlu data, məlumat bazaları formalaşacaq:

“Bunlar da əmək bazarını statik (mövcud vəziyyəti) təhlili ilə yanaşı həm də dinamik dəyişikliklərin lilini də aparmaq imkanı yaradacaq. Bu isə əmək bazarındakı trendləri, tendensiyaları, riskləri, çağırışları daha obyektiv şəkildə müəyyən etməyə və tədbirlər görməyə imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR