Deputat: Azad olunmuş ərazilərdən olan insanların həmin bölgələrə gediş-gəlişi asanlaşdırılmalıdır - VİDEO

Ceyhun Məmmədov

© APA | Ceyhun Məmmədov

# 30 dekabr 2022 11:27 (UTC +04:00)

“2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı son 200 ildə ilk dəfə məğlub xalqdan qalib xalqa çevrildi. Qısa müddətdə azad olunmuş ərazilərdə böyük quruculuq və abadlıq işlərinə başlanıldı. Həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Qarabağ yenidən dirçəlir, yeni xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət ocaqları inşa olunur”.

APA xəbər verir ki. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərdən olan insanların onlara müraciətlərinin böyük bir hissəsi işğaldan azad olunmuş bölgələrə sərbəst gediş-gəlişə, dünyasını dəyişmiş insanların həmin ərazilərdə dəfninə şərait yaradılması ilə bağlıdır: “Əlbəttə, biz anlayırıq ki, bölgədə hələ də mina təhlükəsi qalır. Məlum olduğu kimi, bu gün işğaldan azad olunmuş ərazilərin bəzilərinə avtobus səfərləri təşkil edilir. Ancaq bunu bütün bölgələrimiz haqqında demək mümkün deyil. Odur ki, düşünürəm, növbəti ildən işğaldan azad olunmuş ərazilərdən olan insanların həmin bölgələrə gediş-gəlişinin asanlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ehtiyac var. İnsanlarımızın hazırda dövlətimizdən gözləntilərindən biri məhz budur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR