Deputat Azərbaycan və Türkiyənin dərman sənayesinin birləşdirilməsini təklif edir - VİDEO

Fazil Mustafa

© APA | Fazil Mustafa

# 31 may 2022 12:25 (UTC +04:00)

Deputat Azərbaycan və Türkiyənin dərman sənayesinin birləşdirilməsi təklifi ilə çıxış edib.

APA xəbər verir ki, Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, dərman sənayesi ilə bağlı problemlərimiz var: “İki dövlət, bir dərman, bir millət olaq. Bu gün biz onkoloji xəstəlikləri də icbari tibbi sığorta ilə əhatə etməliyik. Heç olmasa pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə oluna bilsin. Əhalimiz burda zülm çəkir. Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR