Deputat: “Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır”

Məlahət İbrahimqızı,  Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 04 noyabr 2022 16:19 (UTC +04:00)

“Bu gün Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, apteklərdə hətta ucuz dərmanların qıtlığı yaşanır. Deputat dərmanların idxal rüsumunun və əlavə dəyər vergisinin (ƏDV) azaldılmasını təklif edib: "Azərbaycanda işsizliyə görə verilən müavinətə də yenidən baxılsa yaxşı olar. Bir çox ölkələrdə bu, minimum əmək haqqının 70-80%-i həcmində götürülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR