Deputat: Bəzi bələdiyyə sədrləri vergiləri özbaşına artırır, sahibkara problemlər yaradır

Tahir Rzayev

© APA | Tahir Rzayev

# 19 yanvar 2023 12:45 (UTC +04:00)

“Bələdiyyə sədrləri yerlərdə özünü ağa kimi aparır, bələdiyyələr sahibkara problemlər yaradır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

Deputat bildirib ki, bəzi bələdiyyə sədrləri qanunvericiliyi bilmir: “Bəzi bələdiyyə sədrləri vergiləri özbaşına artırır. Yerlərdə iş həyata keçirmək istəyənlərdən bələdiyyə sədri nəsə umur, müəyyən neqativ yollara gedir. Mənə bələdiyyələrdən çoxlu şikayət gəlir. Bələdiyyə sədri sahibkardan pul istəyir. Bələdiyyənin bu gün vətəndaşla münasibətləri yoxdur. Vergi yığmır, ancaq nəsə ummaqla pul almağa çalışır. Bələdiyyələr ancaq deyirlər ki, maliyyələri yoxdur. Bəzən bundan bəhanə kimi istifadə edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR