Deputat: Bəzi insanlar azad olunan ərazilərdə məktəb, bağça tikmək istəyirlər

Ceyhun Məmmədov, Milli Məclisin deputatı

© APA | Ceyhun Məmmədov, Milli Məclisin deputatı

# 17 mart 2023 13:04 (UTC +04:00)

“Məcburi köçkünlərin qazla bağlı problemi var. Cəbrayılın əhalisi 54 rayonda məskunlaşıb. Məsələn, “Saatlının Nəriman kəndi var. Bügunə kimi bu kənddə qaz məsələsi həllini tapmayıb”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, bu gün onlar öz ağaclarını kəsərək qışı keçirməyə çalışırlar: “Bu gün belə bir yanaşma var ki, bəzi kəndlərin birləşdirilməlidir. Bu kimi addımlar atılarkən yerli əhalinin rəyi, fikirləri nəzərləri alınmalıdır. Məsələn, Cəbrayılın Fuqanlı və Horovlu kəndlərinin birləşməsi nəzərdə tutulur. Bundan əvvəlki dövrdə Şükürbəyli kəndi ilə eyni xəttə, eyni kolxozda olublar. Bu addımlar atılarkən bir sıra hallarda əhalinin rəyinə baxmaq olar. Bundan başqa, bəzi insanlarımız işğaldan azad olunan ərazilərdə məktəb, bağça tikmək istəyirlər. Nəzərə alsaq ki, Qarabağda bərpa işləri böyük vəsait tələb edir, ona görə də belə bir addımlara baxıla bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR