Deputat Məhkəmə-Hüquq Şurasına rəhbərlik edən şəxsin hakim olması ilə bağlı dəyişikliyi alqışlayıb

Fazil Mustafa

© APA | Fazil Mustafa

# 31 may 2023 13:35 (UTC +04:00)

“Məhkəmə-Hüquq Şurasına rəhbərlik edən şəxsin hakim olması ilə bağlı dəyişikliyi alqışlayıram. Bu dəyişikliyin vaxtı çatmışdı”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat indiyə qədər Məhkəmə-Hüquq Şurasına rəhbərlik etmiş Ədliyyə naziri Fikrət Məmmədova təşəkkür edib.

Deputat qeyd edib ki, Milli Məclis Aparatının nümayəndəsinin də Məhkəmə-Hüquq Şurasında təmsil olunması müsbət hal olacaq, çünki Milli Məclis seçkili orqandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR