Deputat məktəblərdə qadın müəllimlərin çoxluğundan narahatlığını ifadə edib

Məlahət İbrahimqızı

© APA | Məlahət İbrahimqızı

# 27 dekabr 2021 12:41 (UTC +04:00)

“Bu gün orta məktəblərdə müəllimlərin mütləq əksəriyyəti qadındır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, kişilərin təhsildə üstünlük təşkil etməsi üçün komitə tərəfindən hansı işlər görüldüyü açıqlansa, yaxşı olar: “Çünki gənclərin yaxşı vətəndaş kimi formalaşması orta məktəbdən başlayır. Digər məsələ erkən nikahlarla bağlıdır. Xüsusilə Bakının bəzi kəndlərində və bəzi rayonlarda bu problem daha aktualdır. Bunun üçün komitə tərəfindən ayrıca fəaliyyət həyata keçirilməlidir. Bu edilir, ya yox, bilmək istəyərdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR