DİM V qrup və 9 illik bazadan kolleclərə qəbul olmaq istəyənlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 04 iyul 2022 10:16 (UTC +04:00)

V qrup və 9 illik bazadan kolleclərə qəbul olmaq üçün aşağıda verilmiş qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, abituriyentlər Bakıda fəaliyyət göstərən aşağıdakı komissiyalar üzrə "İmtahana buraxılış vərəqələri"ni çap edə bilərlər. Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

Komissiya

Komissiya kodu

Dekorativ tətbiqi sənət (ikinci imtahan)

15

İnstrumental ifaçılıq (Bakı-AMK nəzdində Musiqi Kolleci)

220

İnstrumental ifaçılıq (Bakı-digər müəssisələr)

221

Xalq çalğı alətləri ifaçılığı (Bakı-AMK nəzdində Musiqi Kolleci)

222

Bədii yaradıcılıq

141

Xanəndəlik

223

Klassik vokal

224

Aşıq sənəti

227

Xalq çalğı alətləri ifaçılığı (Bakı-digər müəssisələr)

230

Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların şəxsi səhifələrində “İmtahan proqramı” forması yerləşdirilib. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Gecikən abituriyentlər qabiliyyət imtahanına buraxılmayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR