DİM yenidən doktorantura və dissertanturada xarici dildən imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 21 iyun 2022 17:08 (UTC +04:00)

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və ya fəlsəfə doktoru imtahanını (ilk 4 blok və ya yalnız dinləmə bloku) yenidən vermək istəyən və 13-16 iyun tarixlərində qeydiyyatdan keçən şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 7 iyul 2022-ci il tarixində imtahan keçiriləcək.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahandan bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin saytında “İmtahana buraxılış vərəqəsi” yerləşdiriləcək. İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR