DİN vətəndaşlardan 16 öv tüfəngi götürüb

DİN vətəndaşlardan 16 öv tüfəngi götürüb
# 18 dekabr 2021 09:51 (UTC +04:00)

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR