DMX: Müharibə başlayandan 4200-dən artıq Ukrayna vətəndaşı ölkəmizə gəlib

Vüsal Hüseynov

© APA | Vüsal Hüseynov

# 10 may 2022 12:41 (UTC +04:00)

Ukraynada müharibə başlayandan bəri ölkəyə həm Azərbaycan vətəndaşları, həm də Ukrayna vətəndaşları təxliyə edilib.

APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

“Təxliyə çərçivəsində 4200-dən artıq Ukrayna vətəndaşı ölkəmizə gəlib. Ölkəmizdə olan Ukrayna vətəndaşlarının sayı 8247 civarındadır”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR