DOST: Hazırda mərkəzlərdə təsərrüfat cəmiyyətlərinin yaradılması nəzərdə tutulmur

DOST: Hazırda mərkəzlərdə təsərrüfat cəmiyyətlərinin yaradılması nəzərdə tutulmur
# 19 avqust 2022 12:24 (UTC +04:00)

Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli 306 saylı qərarı ilə bir sıra publik hüquqi şəxslərin nizamanmələrində, o cümlədən “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi”ndə bəzi dəyişikliklər nəzərdə tutulub. Onlar “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 187-VIQD nömrəli Qanununun və “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 dekabr tarixli 1213 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi daşıyır.

Bu barədə DOST Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, burada söhbət müvafiq Nazirlər Kabinetinin Qərarları ilə təsdiq edilmiş Publik Hüquqi Şəxslərin Nizamnamələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunununa və “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nə uyğunlaşdırmaq məqsədi daşıyır:

“Beləliklə burada “DOST” mərkəzlərinin fəaliyyət istiqamətinin dəyişdirilməsi deyil, məzmunun yuxarıda qeyd edilən normativ – hüquqi aktarın tələbləri ilə uyğunlaşdırma nəzərdə tutulur.

Sahibkarlıq fəaliyyəti və təsərrüfat cəmiyyətlərinin yaradılması hüququna gəldikdə isə qeyd edilməlidir ki, bu “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 6.2.8.-ci maddəsinə daha əvvəl edilmiş dəyişikliklə tam uyğunluq təşkil edir. Lakin hazırda bilavasitə “DOST” mərkəzlərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, o cümlədən təsərrüfat cəmiyyətlərinin yaradılması nəzərdə tutulmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR