Dövlət Agentliyi bu il ölkəyə yeni partiya vaksinlərin gətirilməsini istisna etmir

Dövlət Agentliyi bu il ölkəyə yeni partiya vaksinlərin gətirilməsini istisna etmir
# 11 yanvar 2023 17:22 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (agentlik) ölkənin müvafiq qurumları tərəfindən müəyyənləşdirilən tələbata uyğun vaksin alışını həyata keçirir.

Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci il ərzində ölkəyə 16 937 790 doza vaksin (2 114 190 doza “Pfizer-Biontech”, 453 600 doza “AztraZeneca”, 14 150 000 doza “CoronaVac”, 220 000 doza “Sputnik V”) dərman vasitəsi gətirilib. 2022-ci ildə ölkəyə 1 200 000 doza “CoronaVac” gətirilib.

“Hazırda ölkədə tələbata əsasən vaksin ehtiyatı mövcuddur. Vaksin alışına tələbat yarandığı halda müvafiq təşkilatlarla müqavilə imzalanması istisna olunmur” – açıqlamada qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR