Dövlət Agentliyi: Gələn həftədən səyyar reabilitasiya xidməti göstəriləcək

Anar Bayramov

© APA | Anar Bayramov

# 10 iyun 2022 11:32 (UTC +04:00)

“Gələn həftədən səyyar reabilitasiya xidmətinə başlanacaq".

APA xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Anar Bayramov bildirib ki, bu ildən reabilitasiya üçün transfer dəstəyi göstəriləcək: “Yeni reabilitasiya ehtiyacı olan şəxslərin mərkəzlərə gətirilməsi də təmin olunacaq. Gələn həftədən səyyar reabilitasiya xidməti də start götürür. Birinci qrup əlilliyi olan şəxslərə və mərkəzlərə gələ bilməyən vətəndaşlara evdə reabilitasiya xidmətləri göstəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR