Dövlət Komitəsi: 13 yaşlı qızın psixoloji durumu qiymətləndirilib - YENİLƏNİB

Dövlət Komitəsi: 13 yaşlı qızın psixoloji durumu qiymətləndirilib - YENİLƏNİB
# 07 sentyabr 2022 14:04 (UTC +04:00)

7 sentyabr 2022-ci il tarixində sosial şəbəkədə 13 yaşlı qızın ana olması barədə yayılan məlumatla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal aidiyyəti qurumlara müraciət edib.

APA xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O vurğulayıb ki, Dövlət Komitəsinin əməkdaşları psixoloqun iştirakı ilə tibb müəssisəsində olub, yetkinlik yaşına çatmayan qızın sağlamlıq vəziyyəti ilə maraqlanıb və onun psixoloji durumu qiymətləndirilib.

“Qeyd edək ki, azyaşlı ananın və yenidoğulmuş körpənin sonrakı taleyi ilə bağlı məsələlər Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir”, - Teymur Mərdanoğlu deyib.

***

11:04

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda 13 yaşlı qızın təcavüzə uğrayaraq ana olması ilə bağlı məsələnin araşdırıldığını bildirib.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ araşdırma mərhələsindədir.

Dövlət Komitəsi bununla bağlı aidiyyəti qurumlarla mütəmadi əlaqədədir.

Hazırda ananın və uşağın səhhəti müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR