Dövlət Komitəsi: Məişət zorakılılığı ilə bağlı müraciətlərin 12%-i uşaqlara aid olub

Dövlət Komitəsi: Məişət zorakılılığı ilə bağlı müraciətlərin 12%-i uşaqlara aid olub
# 07 oktyabr 2022 10:18 (UTC +04:00)

Cari ilin sentyabr ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 53 müraciət daxil olub.

Komitədən APA-ya verilən xəbərə görə, bu müraciətlərin 24%-i Bakı, 29%-i regionların payına düşür.

Müracitələrin 82%-i qadınlara, 12%-i uşaqlara, 5.3%-i isə ahıl şəxslərə qarşı törədilən zorakılıq halları ilə bağlı olub.

"Ümumən daxil olan 53 müraciətdən 24-ü psixoloji, 27-si fiziki, 1-i cinsi zorakılıqla bağlı olub. Onlardan 40 nəfəri qadın, 9-u uşaq, 4-ü 70 yaşından yuxarı ahıl şəxslərin vəiyyətinə dair olub”- məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR