Dövlət Komitəsi: Təhsil müəssisələrində uşaqlara qarşı zorakılığa əvvəl də tez-tez rast gəlinib

Dövlət Komitəsi: Təhsil müəssisələrində uşaqlara qarşı zorakılığa əvvəl də tez-tez rast gəlinib
# 14 yanvar 2022 12:25 (UTC +04:00)

"İsmayıllıda 1 saylı körpələr evində 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı video yayımlanıb. Uşağa qarşı istənilən mühitdə istənilən şəxs tərəfindən zorakılıq yolverilməzdir”.

APA-nın məlumatına görə, bunu brifinqdə Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova deyib.

O bildirib ki, təhsil müəssisələrində uşaqlara qarşı belə zorakılıq hallarına əvvəlki illərdə də tez-tez rast gəlinib. Məktəbəqədər təhsil müəssisəsində tərbiyəçinin belə hərəkətə yol verməsi məsuliyyət yaradacaq. Buna hüquqi qiymət veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR