DSMF gəlirlərində dövlət büdcəsindən transfertin payı daha 8,55 faiz azalıb

DSMF gəlirlərində dövlət büdcəsindən transfertin payı daha 8,55 faiz azalıb
# 26 iyul 2022 10:03 (UTC +04:00)

Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım baş verib.

ƏƏSMN-dən APA-ya verilən xəbərə görə, sistemli sosial-iqtisadi islahatların nəticəsi kimi qeyri-leqal məşğulluğun azalması dinamikası, məşğulluq imkanlarının, əməkhaqlarının ardıcıl artımı sosial sığorta daxilolmalarının da davamlı artımına imkan verib.

Bunun daha bir göstəricisi kimi, DSMF gəlirlərində sosial sığorta daxilolmaları son 6 ayda 21 faiz artıb.

Həmin daxilolmalarda davamlı artım və Fondun fəaliyyətinin optimalllaşdırılması, şəffaflığın təminatı dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləğinin də 2022-ci ilin yanvar-iyun aylarında 8,55 faiz azalmasına imkan verib.

Ümumilikdə son 4 ildə sosial ödənişlərin davamlı artımına baxmayaraq, dövlət büdcəsindən transfert məbləğinin DSMF büdcəsində payı 4 il əvvəlki 38 faizdən 17,6 faiz azalmaqla Fondun tarixində ilk dəfə olaraq 20,42 faizə enib.

Bu da DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlılığının gücləndirilməsi istiqamətində mühüm irəliləyişə nail olunduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR