DSMF maliyyə hesabatının auditinə 147 min manatdan çox vəsait xərcləyib

DSMF maliyyə hesabatının auditinə 147 min manatdan çox vəsait xərcləyib
# 01 iyul 2022 09:32 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2021-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

"APA-Economics" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nexia EA" QSC seçilib.

DSMF-nin 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditini həyata keçirəcək şirkətə 147,5 min manat ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR