DSMF-nin 2021-ci il üzrə gəlir və xərcləri açıqlanıb

Himalay Məmişov

© APA | Himalay Məmişov

# 29 dekabr 2021 11:27 (UTC +04:00)

2021-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 5 milyard 152 milyon manat olub. Bu, 2020-ci ilin gəlirləri ilə müqayisədə 8,5 faiz (403 milyon manat) artım deməkdir.

APA-nın məlumatına görə, bunu DSMF İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqları 3, 810 milyard manat olub. Bu isə 2020-ci illə müqayisədə 7,2 faiz (257 milyon manat) çoxdur: "Gəlirlər büdcə təşkilatları üzrə 1 milyard 380 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 2 milyard 430 milyon manatdır. Transfert 1 milyard 313,3 milyon manat olub".

H. Məmişov deyib ki, DSMF-nin 2021-ci il üzrə xərcləri 4 milyard 841 milyon manat olub ki, bu da ötən dövrlə müqayisədə 2,8 faiz çoxdur: "Bu il əhaliyə ödənişlər 4 milyard 716 milyon manat olub. Bunun 4 milyard 591 milyon manatını əmək pensiyaları, 125 milyon manatını məcburi dövlət sığorta haqları üzrə müavinət, 125 milyon manatını digər xərclər təşkil edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR