Ədliyyə Nazirliyi bələdiyyələrdə islahatlar aparılması üçün Prezident Administrasiyasına müraciət edib

Ədliyyə Nazirliyi bələdiyyələrdə islahatlar aparılması üçün Prezident Administrasiyasına müraciət edib
# 17 mart 2023 11:35 (UTC +04:00)

Ədliyyə Nazirliyi bələdiyyələrdə islahatlar aparılması üçün Prezident Administrasiyasına müraciət edib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə səmərəli bələdiyyə idarəetməsinin həyata keçirilməsi, habelə 2021-ci il üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən ölkəmizdə yerli özünüidarəetmənin mövcud problemləri ilə əlaqədar qaldırılmış məsələlərlə bağlı Ədliyyə Nazirliyi 2022-ci ilin aprel ayında Prezident Administrasiyasına məktub ünvanlayıb. Məktubda ölkənin yerli özünüidarəetmə sistemində islahatların aparılması, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrin sayının azaldılması, onların səlahiyyət və imkanlarının genişləndirilməsi və s. deputatların təklifləri qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR