ƏƏSMN son beş ayda 280 mindən çox e-arayış verib

ƏƏSMN son beş ayda 280 mindən çox e-arayış verib
# 21 iyun 2022 10:02 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 280 mindən çox e-arayış verilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bu ilin yanvar-may aylarında 280 110 elektron arayış verilib.

Son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30-dək elektron arayış xidməti yaradılıb.

Nazirliyin e-xidmətləri vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 5 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 88 milyondan çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR