Əhliman Əmiraslanov: Dərmanların ölkəyə gətirilməsi ilə bağlı bürokratik əngəllər aradan qaldırılmalıdır

Əhliman Əmiraslanov: Dərmanların ölkəyə gətirilməsi ilə bağlı bürokratik əngəllər aradan qaldırılmalıdır
# 29 mart 2023 12:37 (UTC +04:00)

“Dərmanların ölkəyə gətirilməsi məsələsi mütləq sadələşdirilməli, bürokratik əngəllər aradan qaldırılmalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslonov komitənin “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

“Hesab edirəm ki, btün bu prosesdən sonra qiymətlərdə müəyyən dəyişikliklər ola bilər”, - komitə sədri əlavə edib.

Əhliman Əmiraslov Azərbaycandakı tibbi təhsillə bağlı tənqidlərə də cavab verib:

“Azərbaycanda olan tibb təhsili Avropa və Türkiyə təhsili ilə tamamilə eynidir. Rezidentura sistemimiz Türkiyə rezidenturasına tamamilə yaxındır. Razıyam, rezidentlərin hazırlandığı klinikaların sayı çoxdur. Kiçik həcmli klinikalarda rezident hazırlamaq olmaz, bunun üçün aparıcı tibb müəssisələri olmalıdır. Sistemə gəldikdə isə, dediyim kimi, Avropa və Türkiyə ilə eynidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR