Ekspert: "Azərbaycan və postsovet ölkələrindən başqa heç yerdə südün əkilməsi aparılmır"

Ekspert: "Azərbaycan və postsovet ölkələrindən başqa heç yerdə südün əkilməsi aparılmır"
# 03 avqust 2022 16:11 (UTC +04:00)

Azərbaycan və postsovet ölkələrindən başqa heç bir ölkədə südün əkilməsi həyata keçirilmir.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

O bildirib ki, uşaq doğulduğu zaman ilk bir saat aktiv oyaq olur, sonra bir neçə saat yatır: “Qeysəriyyə əməliyyatı zamanı uşağın dünyaya gəldiyi ilk bir saatda o ananın sinəsinə qoyulursa, bu, ginekologiyada atonik qanamalar deyilən qanaxmanı da azaldır. Qeysəriyyə əməliyyatından sonra südvermə ilə bağlı yaranan problemlərin bir çoxu da elə bu ilk təmasın pozulmasına görə olur. Hətta qeysəriyyə əməliyyatı prosesində belə uşaq doğulan kimi onu döşə qoymaq lazımdır. Südün gəlməsi uşağın döşə nə qədər erkən qoyulması ilə bağlıdır”.

Həkim cəmiyyətdə yaranan bəzi miflərə də toxunub: “Daha bir mif isə südün əkilməsi deyilən bir proseslə bağlıdır. Əgər süd həqiqətən də irinli və infeksiyalı deyilsə, bu zaman südün analizə göndərilməsinə ehtiyac yoxdur. Azərbaycan və postsovet ölkələrindən başqa heç bir ölkədə südün əkilməsi kimi proses həyata keçirilmir. Başqa bir mif isə əkiz uşaqlara süd çatmaması ilə bağlıdır. Tədqiqatlar göstərir ki, hətta üçəmlər belə ana südü ilə qidalanaraq doya bilir”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR