Əli Əsədov: Ölkədə ərzaq ehtiyatı ilə bağlı problem yoxdur

Əli Əsədov: Ölkədə ərzaq ehtiyatı ilə bağlı problem yoxdur
# 09 dekabr 2022 12:06 (UTC +04:00)

“Hazırda ölkədə ərzaqla bağlı problem yoxdur və olmayıb. Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər həyata keçirilir, ehtiyat fondları yaradılır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, növbəti ildə də ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38,6% (625,2 mln. manat) çoxdur: "Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub (180 milyon manat). Ümumiyyətlə dünyada və regionda baş verən geosiyasi proseslərə və çətinliklərə baxmayaraq ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı hər hansı problem olmayıb və yoxdur. Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması istiqamətində ciddi işlər aparılır, o cümlədən əsas məhsullar üzrə ciddi ixrac məhdudiyyətləri tətbiq edilmiş, 90 günlük mal ehtiyatları yaradılmışdır. Başlıca məqsədimiz əhalimizi əsas ərzaq məhsulları ilə təmin etməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR