Əli Məsimli: Bu il inflyasiya 10,4% faiz proqnozlaşdırılıb, lakin bu, real deyil

Əli Məsimli, Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

© APA | Əli Məsimli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

# 02 iyun 2023 12:33 (UTC +04:00)

İnflyasiya bu il 10,4% faiz proqnozlaşdırılıb. Bu, real deyil.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli bildirib.

“Qiymətlər sürətlə qalxır. Qiymətlərin sürətlə artması bir sıra sosial göstəricilərə illik deyil, rüblük baxmağı vacib edir. Demək olar ki, hər gün qiymətlər artır. Gələn ildən inflyasiyanın bu dərəcədə yüksək artması proqnozu keçəcək. Ona görə yenidən əmək haqları, pensiyaların, digər ödənişlərin artırılması üçün ehtiyat maliyyə resurslarının ayrılması istiqamətində tədbirlər görülməsini vacib hesab edirəm”, - deyə deputat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR