Elmi dərəcə verilmiş namizədlərin cinsiyyətə görə bölgüsü açıqlanıb

Elmi dərəcə verilmiş namizədlərin cinsiyyətə görə bölgüsü açıqlanıb
# 08 sentyabr 2022 12:58 (UTC +04:00)

Bu ilin I yarımilində elmi dərəcə verilmiş namizədlərin cinsi mənsubiyyətə görə bölgüsü açıqlanıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, bu ilin birinci yarısında fəlsəfə doktoru elmi dərəcəsi alanların 94-ü kişi, 155-i qadın olub. Elmlər doktoru adı almış şəxslərin isə 23-ü kişi və 12-si qadın olub.

Ümumilikdə, elmi dərəcə almış şəxslərin 117-si kişi, 167-si isə qadın olub. Faiz nisbəti ilə kişilər 41,2, qadınlar isə 58,8 faiz təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR