Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Şahin Əkbərov direktor təyin edilib

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Şahin Əkbərov direktor təyin edilib
# 13 yanvar 2023 11:59 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) direktor təyin edilib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktor vəzifəsinə təyin olunub.

Səhiyyə nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, ötən gün bir sıra saytlar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Fərhad Verdiyevin təyin olunduğunu tirajlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR