“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq
# 06 may 2022 12:57 (UTC +04:00)

ƏMAS-a keçidlə bağlı “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7-9 may tarixlərində məhdudlaşdırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikəri nəzərdə tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq.

“Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra, növbəti həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək.

Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və ya xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla e-qaydada həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR