Ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib - FOTO

Ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib  - FOTO
# 17 avqust 2022 11:27 (UTC +04:00)

Ekoloji yönümlü qeyri-hökumət təşkilatları Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirib.

APA xəbər verir ki, tədbirdə çıxış edən QHT nümayəndələri ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı baş verən hadisəni pisləyərək bildiriblər ki, bütün bunlar Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurmaqdır. Qeyd edilib ki, bu proses Azərbaycana və Azərbaycan xalqına qarşı patoloji nifrət bəsləyən ermənilərin həm də təbiətə, təbii sərvətlərimizə, ekoloji mühitə qarşı münasibətinin bariz nümunəsidir. Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir.

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov deyib ki, beynəlxalq təşkilatlar Laçında törədilən ekoloji terrora göz yumur.
O bildirib ki, hazırda Laçın rayonunda Zabux və Sus kəndində baş verən meşə yangjnları göstərir ki, Ermeniler Azərbaycana qarşı çirkin əməllərindən əl çəkmir:

"Bu meşələrin yanma arealına baxdıqda aydın olur ki, bu hadisə məxsusi olaraq törədilib. Eyni zamanda evlər də yandırılır və bu da patoloji nifrətin nümunəsidir. Azərbaycanın flora və faunasına Ermənistan tərəfindən çox ciddi ziyan vurulur və bu əməllərə beynəlxalq təşkilatlar da göz yumur".

O əlavə edib ki, müharibədən sonra basdırılan minalar göstərir ki, Ermənistan Azərbaycan xalqına qarşı terrora davam edir.

Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciəti səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR