ƏSF rəsmiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

ƏSF rəsmiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
# 10 may 2022 16:40 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev, icraçı direktorun müavini Akşın Cahangirov və ƏSF-nin struktur bölmə rəhbərləri ümummilli lider Heydər Əliyevin 99-illik yubileyi münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

Tural Piriyev və Fond rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Daha sonra, ƏSF-nin kollektivi Fəxri xiyabanda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, məzarı üzərinə çiçəklər düzüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR