Evdə sosial-məişət xidməti göstərilən şəxslərin sayı açıqlanıb

Evdə sosial-məişət xidməti göstərilən şəxslərin sayı açıqlanıb
# 20 may 2022 18:26 (UTC +04:00)

Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 4742 vətəndaşa evdə sosial-məişət xidməti göstərilir.

APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.

Agentlik sədri bildirib ki, onlardan 4190 nəfəri ahıllardır.

"Ahıl şəxslərin sosial xidmətlərlə təminatı da həyata keçirilir. Hazırda Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 190 nəfər ahıl şəxs yaşayır. Son illərdə bu sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisənin sakinlərinin hər birinə fərdi yanaşılır və onlar burada xüsusi qayğı mühiti ilə əhatə olunurlar" - deyə Vüqar Behbudov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR