“Fəlakətlərə hazırlıq” mövzusunda seminar keçirilir - FOTO

“Fəlakətlərə hazırlıq” mövzusunda seminar keçirilir - FOTO
# 20 sentyabr 2022 14:32 (UTC +04:00)

Sentyabrın 20-də Bakı şəhərində ABŞ quru Qoşunları Mühəndis Korpusunun Fövqəladə hadisələrə mülki-hərbi hazırlıq Proqramı tərəfindən “Fəlakətlərə hazırlıq” mövzusunda seminar öz işinə başlayıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, FHN-in məsul vəzifəli şəxslərinin iştirak etdiyi tədbirə Müdafiə, Daxili İşlər, Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizlik və Dövlət Sərhəd xidmətlərinin, digər aidiyyəti dövlət qurumlarının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri də qatılıblar.

Seminarın keçirilməsində əsas məqsəd böhran vəziyyətlərində idarəetməyə dair biliklərin, eləcə də müvafiq metod və üsullarin, qabaqcıl təcrübələrin mübadiləsinin aparılmasıdır.

Seminar zamanı mülki müdafiənin planlaşdırılması, insanların kütləvi yerdəyişmə və təxliyəsi, ictimaiyyətə açıq olan məlumatların çatdırılması, müvəqqəti sığınacaqlar və digər mövzuların müzakirəsi nəzərdə tutulur.

Seminarın açılış tədbirində FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov iştirak edib.

Qeyd edək ki, seminar sentyabrın 22-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR