FHN binaların ətrafında yaradılan maneələrlə bağlı növbəti rey keçirib - FOTO - VİDEO

FHN binaların ətrafında yaradılan maneələrlə bağlı növbəti rey keçirib - FOTO  - VİDEO
# 21 aprel 2022 12:42 (UTC +04:00)

Vətəndaşlar tərəfindən yaşayış, eləcə də digər təyinatlı binaların həyətlərinə giriş-çıxışların və keçidlərin süni maneələrlə bağlanmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

APA xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) tərəfindən Nizami rayonu ərazisində növbəti reyd keçirilib.

Rayonun Cəmşid Naxçıvanski küçəsi 47, 49, 55, Bəhruz Nuriyev küçəsi 27, 169, Çobanzadə küçəsi 41, Qar Qarayev prospekti 125, Qara Qarayev prospekti 126 ünvanlarında keçirilən tədbirlər nəticəsində hərəkətə süni maneələr aradan qaldırılıb. Qurum tərəfindən vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, yaşayış və digər təyinatlı binaların həyətlərinə giriş-çıxışların bağlanılmasının ciddi fəsadlara gətirib çıxara biləcəyi izah olunub.

FHN DYNX-in əməkdaşı Nurlan Qədimov jurnalistlərə açıqlamasında bildirib ki, yanğınsöndürən avtomobillərin və qəza-xilasetmə avtomobillərinin hərəkətinə maneə yaradan faktların aşkar edilməsi istiqamətində ölkə ərazisində mütəmadi olaraq reydlər keçirilir.

Qurum rəsmisi vətəndaşlara müraciət edərək fərdi və ictimai təhlükəsizliyə həssaslıqla yanaşmağa çağırıb. Qeyd olunub ki, cari ilin əvvəlindən indiyədək Nizami rayon ərazisində 30 dan çox ünvanda bu cür işlər həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR