FHN hündürmərtəbəli binalardan xilasetmə ilə bağlı təlim keçirib - FOTO

FHN hündürmərtəbəli binalardan xilasetmə ilə bağlı təlim keçirib - FOTO
# 19 iyul 2022 15:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.

Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR