FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi taktiki-xüsusi təlim keçirib ​​​​​​​ - FOTO

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi taktiki-xüsusi təlim keçirib  ​​​​​​​ - FOTO
# 31 may 2022 14:10 (UTC +04:00)

Mayın 25-27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim mərkəzində növbəti taktiki-xüsusi təlim keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə təşkil olunan təlim zamanı Dəstənin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev iştirakçılara təlimin əhəmiyyəti barədə məlumat verərək qarşıda duran məqsəd və vəzifələrdən danışıb.

Taktiki-xüsusi təlim 2 mərhələdə keçirilib. Birinci mərhələdə Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər reallaşdırılıb. Belə ki, Dəstə üzvləri şəxsi heyətin toplanması, yaranmış vəziyyət və qarşıya qoyulan tapşırıqlar barədə məlumatlandırılıb. Eyni zamanda, şəxsi heyətin təhlükəsizlik qaydaları barədə təlimatlandırılması, tibb və digər təminat növlərinin təşkili həyata keçirilib.

Təlimin ikinci mərhələsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi, sərhədkeçmə və gömrük prosedurlarının həyata keçirilməsi, hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin, infomasiya mübadiləsinin aparılması prosesi icra olunub. Eləcə də Qəbul/Yolasalma Mərkəzi (RDC), Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC) fəaliyyətinin təşkili həyata keçirilib.

Sonra təlimdə axtarış-xilasetmə tədbirləri zamanı Dəstənin istifadəsinə yeni verilmiş alət və avadanlıqların tətbiqi həyata keçirilib. Əməliyyatlar zamanı müasir axtarış-xilasetmə üsullarının tətbiqinə xüsusi yer verilib. Həmçinin, beynəlxalq humanitar əməliyyatlar zamanı INSARAG işarələmə sisteminin tətbiqi, texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.

Təlim zamanı qarşıya qoyulmuş tapşırıqlar icra olunub.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR