FHN-in dəvəti ilə Türkiyədən gəlmiş psixoloqlar 1583 qaziyə və şəhid ailəsi üzvünə yardım göstərib - FOTO

FHN-in dəvəti ilə Türkiyədən gəlmiş psixoloqlar 1583 qaziyə və şəhid ailəsi üzvünə yardım göstərib - FOTO
# 25 yanvar 2023 12:35 (UTC +04:00)

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar psixoloqların FHN-in mütəxəssisləri ilə birgə fəaliyyəti davam edir.

Son 4 ayda 1583 nəfərə - müharibə iştirakçıları, qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin psixoloqu Brilyant Abdullayeva deyib. Onun sözlərinə görə, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə FHN-in dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən fəaliyyətlərini davam etdirir: “2022-ci ilin sentyabrından bu günə qədər 1583 vətəndaşa, o cümlədən 259 uşağa 4072 seans psixoloji yardım göstərilib”.

FHN-in dəvəti ilə Türkiyədən gəlmiş psixoloq İlayda Ulaş deyib sentyabr ayından Azərbaycanda olduqlarını deyib: "Müharibə iştirakçıları, qazilər, şəhid ailələri ilə işləyirik. Əsasən, psixoloji yardıma ehtiyacı olanlarla həmçinin, travma sonrası stress pozuntusu olan insanlara psixoloji yardım edirik. Seanslar 4-5 dəfə olur".

Qeyd olunub ki, Bakı, Gəncə, Naxçıvan, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar FHN-in “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR