FHN-in Dövlət Agentliyi standartlara uyğun akkreditasiya olunub

FHN-in Dövlət Agentliyi standartlara uyğun akkreditasiya olunub
# 04 iyul 2022 11:28 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi AZS İSO/İES 17065-2014 "Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslerin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər" standartına uyğun akkreditasiya olunub.

FHN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsi tərəfindən keçirilən akkreditasiya Agentliyin fəaliyyət istiqamətləri üzrə sözügedən standartın tələbləri əsasında, keçirilən audit nəticəsində müəyyən edilib və Agentlik AZS İSO/İES 17065-2014 akkreditasiya attestatına layiq görülüb.

Akkreditasiya attestatının əldə edilməsi nəticəsində təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahələrində istehsal və istifadə olunan texniki qurğu və avadanlıqların sertifikatlaşdırılmasının həyata keçirilməsi ilə əlaqədar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsinin tələbi tam təmin olunacaq.

Qeyd edək ki, sözügedən attestat Agentliyin sertifikatlaşdırma ilə bağlı fəaliyyətinin yerinə yetirilməsində və bu sahədə əməkdaşların peşəkarlığının artırılması istiqamətində yeni keyfiyyət standartı və meyarları yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR