FHN-in Kinoloji mərkəzində şərti təlim keçirilib - FOTO

Kinoloji mərkəzdə şərti təlim

© APA | Kinoloji mərkəzdə şərti təlim

# 13 may 2022 17:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin və Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə şərti təlim keçirilib.

APA-nın xəbərinə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji mərkəzində keçirilən şərti təlim zamanı şagirdlərin, xidmətin kinoloqlarının və partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən mütəxəssislərinin iştirakı ilə nəzəri-praktiki dərs keçirilib.

Dərsin keçirilməsində məqsəd şagirdlərin bu sahədə bilik və bacarıqlarının artırılması, fövqəladə hallar (hadisələr) zamanı davranış qaydaları, “112” zəng mərkəzinin fəaliyyəti barədə uşaqların məlumatlandırılması, eyni zamanda canlı insanların uçqun və dağıntılar altında xilas edilməsi məşğələlərinin keçirilməsi olub.

Təlimdə Kinoloji Mərkəzin xüsusi təlim görmüş itlərinin bacarıqları əyani nümayiş olunub. Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji mərkəzinin nümayəndəsi Elvin Qocayev axtarış zamanı xidməti itlərdən beş istiqamətdə istifadə olunduğunu deyib. Bura insan, cəsəd, partlayıcı, təhlükəli maddələr və mina daxildir.

Sonda Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborun kinoloji qrupunun rəisi Aslan Orucov şərti təlimin uğurla başa çatdığını gələcəkdə də bu cür maarifləndirmə tədbirlərinin davam etdiriləcəyini bildirib.

Şərti təlimdən çəkilmiş fotoreportajı təqdim edirik:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR