FHN: Ötən il suda boğulmaq təhlükəsi ilə üzləşmiş 304 nəfər xilas edilib

FHN: Ötən il suda boğulmaq təhlükəsi ilə üzləşmiş 304 nəfər xilas edilib
# 12 iyun 2019 18:07 (UTC +04:00)

"Son 12 gün ərzində Buzovna, Mərdəkan, Dənizkənarı bulvar ərazisi və Pirşağı çimərliklərində batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib".

APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Əlili bildirib.

O bildirib ki, çimərlik mövsümünün açıq elan edilməsinə 3 gün qalsa da, iyun ayının 1-dən etibarən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları çimərlik ərazilərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

A. Əlili deyib ki, ötən il suda boğulmaq təhlükəsi ilə üzləşən 304 nəfər xilas edilib. Həmin şəxslər çay, göl və dənizdə boğulmaq təhlükəsi ilə üzləşiblər.

Qeyd edək ki, çimərlik ərazilərinə gedən sərnişin avtobuslarında və metrolarda xüsusi baner vurulacaq. Həmin banerlər və löhvələrdə dənizdə təhlükəsizlik qaydaları izah olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR