FHN Xaçmazda taxıl sahələrində yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirib - FOTO - VİDEO

FHN Xaçmazda taxıl sahələrində yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirib - FOTO  - VİDEO
# 24 iyun 2022 14:21 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə iyunun 24-də Xaçmaz rayonu Əbilyatağı kəndi ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə dənli bitkilərin tədarükü ilə bağlı yanğın təhlükəsizliyinə həsr olunmuş tədbirlər" mövzusunda seminar-müşavirə keçirilib.

APA-nın şimal bürosu xəbər verir ki, tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb.

Dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur. Bildirilib ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.

Fermerlərin diqqətinə çatdırılıb ki məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları da qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə kapotsuz və ya kapotu açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR