FHN xilasetmə mövzusunda təlim keçirib - FOTO

FHN-in Şimal Regional Mərkəzi praktiki təlim keçirib

© APA | FHN-in Şimal Regional Mərkəzi praktiki təlim keçirib

# 04 avqust 2022 17:31 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki təlim keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, təlim Regional Mərkəzin Xüsusi Xilasetmə hissəsində şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə davranışların, fövqəladə halların yaranma ehtimalı olduqda, çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Sonda rəhbərlik tərəfindən təlim zamanı yerinə yetirilmiş şərti tapşırıqlarin təhlili aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR