Yanacaqdoldurma məntəqələrində maarifləndirmə tədbirləri keçirilib

FHN yanacaqdoldurma məntəqələrində maarifləndirmə tədbirləri keçirib

© APA | FHN yanacaqdoldurma məntəqələrində maarifləndirmə tədbirləri keçirib

# 19 yanvar 2022 15:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti təhlükə potensiallı obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Mingəçevir, Naftalan şəhərlərində və Goranboy rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində növbəti maarifləndirmə tədbirləri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi xüsusi olaraq vurğulanıb.

Eyni zamanda, məntəqələrin, eləcə də məntəqəətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Məsul şəxslər və işçi heyətlə yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb, onlara ilkin yanğınsöndürmə avadanlıq və vasitələrindən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR