Gəmilərə nəzarət və sularda xilasetmə ilə bağlı toplantı keçirilib

Gəmilərə nəzarət və sularda xilasetmə ilə bağlı toplantı keçirilib
# 18 yanvar 2023 11:57 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “2022-ci il ərzində Xidmətin fəaliyyətinin təhlili, 2023-cü il üçün qarşıda duran vəzifələrin icrası” mövzusunda tədris-metodiki toplantı keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, toplantıda Xidmətin rəhbərliyi, struktur bölmələrinin, eləcə də dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin, regional şöbələrin məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2022-ci il ərzində Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, su hövzələrində baş vermiş suda boğulma hadisələri və həyata keçirilən xilasetmə tədbirləri haqqında geniş məlumat verib, gələcək planlardan danışıb.

Daha sonra Xidmətin struktur bölmələrinin əməkdaşları 2022-ci ildə xidmətin təşkili, kiçikhəcmli gəmilərin dövlət qeydiyyatına alınması, kiçikhəcmli gəmilərin və həmin nəqliyyat vasitələrinin dayanacağı üçün bazaların, yanalma körpülərinin texniki baxışdan keçirilməsi, əhali arasında maarifləndirmə işinin aparılması, çimərliklərdə təhlükəsizlik və xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik qaydaları haqqında hesabat xarakterli çıxışlar ediblər.

Sonda Xidmətin rəisi kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR