Gəncə İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib

© APA | Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib

# 28 dekabr 2021 17:40 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına medallar təqdim edilib.
Bu barədə APA-ya Gəncə İH-dən bildirilib: "Xəbər verdiyimiz kimi, 23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əiyevin müvafiq Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin bir neçə əməkdaşı təltif ediliblər. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafizəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Gültəkin Qasımova “Tərəqqi”, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin Baş məsləhətçisi Nəsib Axundov isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.

Bununla yanaşı Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fərman Rüstəmov isə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar".

Bu gün medallar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən əməkdaşlara təqdim edilib. Şəhər rəhbəri hər birini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR