Gəncə RİH başçısı sakinlərlə səyyar görüş keçirib

Gəncə RİH başçısı sakinlərlə səyyar görüş keçirib
# 23 noyabr 2022 23:30 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə növbəti səyyar görüş keçirib.

Gəncə RİH-dən APA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir.

M.C. Paşayev adına 39 saylı orta məktəbdə reallaşan növbəti səyyar görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə rəsmilər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılan guşəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Görüşdə iştirak edən şəxslərin müraciətləri tək-tək dinlənilib. Müraciətlər işlə təminat, fərdi evin sənədlərinin rəsmiləşdirilməsi, maddi yardımın göstərilməsi, su-kanalizasiya xətlərinin yenilənməsi və digər məsələlərdən ibarət olub.

Niyazi Bayramov sakinləri narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verib. Müraciətlərin bir çoxu isə yerindəcə öz həllini tapıb.

Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvü Siyasət Məmmədov Gəncə şəhərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinic vitse-prezident Mehriban xanım Əliyevaya, o cümlədən sakinlərlə keçirilən səmimi görüşlər üçün şəhər rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, mütəmadi olaraq keçirilən görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR